-
- 27-09-2024, 20:04
- 213
Ölkənin ilk təbii doğuşlu beşəmləri - 20 min dəstək
Doğuş nisbətinin tarixi səviyyələrə düşdüyü bir vaxtda Cənubi Koreya, beşəm uşaq dünyaya gətirən Kim Joon-yeong və Sagong Hye-ran cütlüyünə böyük dəstək təklif edib.
News24.az xəbər verir ki, üç oğlan və iki qız ölkədə beşəmlərin ilk təbii doğuşu kimi qeydə alınıb.
1987 və 2021-ci illərdə qeydə alınan əvvəlki beşəmlər tibbi mayalanmadan istifadə edib.
Cənubi Koreya prezidenti Yoon Suk Yeol körpələrə "Power Rangers" adını verib. Valideynləri və tibb işçilərini təbrik edən Yeol cütlüyə qırmızı, narıncı, sarı, yaşıl və mavi rəngli körpə paltarları, həmçinin doğuşdan sonra sağalmanı dəstəkləyən təbii dəniz yosunu hədiyyələri göndərib.
2022-ci ildə Cənubi Koreyada doğum səviyyəsi 0,78-ə düşüb ki, bu da dünyada ən aşağı səviyyədir. Bu vəziyyət hökumətin "milli fövqəladə vəziyyət" olaraq təyin etdiyi böhranın bir hissəsi kimi qəbul edilib və buna görə də "Aşağı Doğum Həddinə Mübarizə Planlaması Nazirliyi" yaradılıb.
Kim və Saqon cütlüyü yaşadıqları Dongducheon şəhərindən də müxtəlif dəstək alacaqlar. Bələdiyyə doğum edən ailələrə 15 milyon von (təxminən 20 min azn) dəyərində nağd pul çeki verəcək.
Bundan əlavə, 3,5 milyon von (təxminən 4 min azn) ailəyə doğuşdan sonrakı qayğı dəstəyi olaraq veriləcək. “İlk Tarix Kuponu” adlanan 14 milyon vonluq birdəfəlik ödənişdən əlavə, onlar həmçinin aylıq 85 milyon von ümumi valideyn müavinəti və 47,5 milyon von uşaq pulu alacaqlar.
Məryəm İlhamqızı