ABŞ və Cənubi Koreya əməkdaşlığı..
    • 29-02-2024, 14:36
    • 233

ABŞ və Cənubi Koreya əməkdaşlığı..

ABŞ dövlət katibi Entoni Blinken Cənubi Koreyalı həmkarı Ço Tae-Yul ilə ABŞ-ın paytaxtı Vaşinqtonda görüşüb.

News24.az xəbər verir ki, görüşdən əvvəl verdiyi açıqlamada Blinken Cənubi Koreya ilə ABŞ arasındakı tərəfdaşlığın “həmişəkindən daha güclü” olduğunu bildirib və deyib:

“Bunu həm ikitərəfli, həm regional, həm də qlobal miqyasda deyə bilərəm. Bunun ən böyük səbəbi Koreyanın hər üç sahədə göstərdiyi fövqəladə liderlikdir ki, ABŞ da buna görə minnətdardır".

Ço bildirib ki, Cənubi Koreya prezidenti Yoon Suk Yeol və ABŞ prezidenti Co Bayden 5 uğurlu görüşlə iki ölkə arasındakı müttəfiqliyi hərtərəfli strateji müttəfiqlik kimi genişləndirmək əzmində olduqlarını nümayiş etdiriblər.

Günel Məlikzadə