-
- 27-09-2024, 16:45
- 182
Övladlarını spirtli içki və min dollar qarşılığında satdılar
ABŞ-ın Arkanzas ştatında yaşayan gənc cütlük 6 qutu pivə və min dollar müqabilində körpələrini düşərgədə satmağa cəhd etməkdə günahlandırılıb.
News24.az xəbər verir ki, Benton County Şerif Ofisinin məhkəmə qeydlərinə görə, 21 yaşlı Darien Tyler Urban və 20 yaşındakı Shalene Ehlers, yetkinlik yaşına çatmayanı təhlükə altına almaq və bir azyaşlıdan pul tələb etməyə cəhd etməkdə ittiham edilib.
Benton dairəsinin şerif ofisinə hesabat düşərgə sahibinin cütlükdən şübhələnməsindən sonra gəldi.
Səlahiyyətlilər iki aylıq körpəni düşərgə ərazisində tapıb və təcili yardım xidmətinə məlumat verib. Uşağın müayinə üçün xəstəxanaya aparıldığı bildirilib. Körpənin bioloji valideynləri ətrafda olmayıblar.
Hadisə şahidləri körpədən pis qoxu gəldiyini və dərisinin ciddi zədələndiyini bildiriblər.
Polis Cody Martin adlı potensial alıcının imzaladığı "müqavilə"ni tapıb.
Müqavilədə deyilirdi:
Biz, Darien Urban və Shalene Ehlers, oğlumuz üzərindəki hüquqlarımızı 21/09/2024-cü il tarixində min dollara Cody Nathaniel Martinə təhvil veririk.
Xəbərdarlıq: Bunu imzaladıqdan sonra heç biriniz fikrinizi dəyişməyəcəksiniz və daha heç bir əlaqə olmayacaq.
Hadisə şahidi tərəfindən səlahiyyətlilərə göndərilən videoda Urban, Ehlers və Martinin müqavilə imzalayarkən göründüyü iddia edilir.
Günel Məlikzadə