-
- 28-09-2024, 15:23
- 291
Flora Kərimova Afət Fərmanqızını yenidən MƏHKƏMƏYƏ VERDİ
Xalq artisti Flora Kərimova Yenisabah.az saytını və müğənni Afət Fərmanqızını məhkəməyə verib.
News24.az bildirir ki, bu barədə Bizim.Media-ya "Yeni Sabah Media" MMC-nin vəkili Asim Abbasov məlumat verib.
Vəkil bildirib ki, verilmiş iddia tam əsassızdır:
"Yeni Sabah Media" müsahibə xarakterli xəbəri dərc edib. Dərc olunan məlumatlarda isə hər hansı şərəf ləyaqəti alçaldan ifadələr olmayıb".
Xatırladaq ki, məhkəmə oktyabrın 23-ü Nərimanov rayon Məhkəməsinin hakimi Nərgiz Tağıyevanın sədrliyi ilə keçiriləcək.
Xalq artisti mülki qaydada baş tutacaq məhkəmədə sayta və Fərmanqızına qarşı üzr və yüksək məbləğdə (100.000 manat) təzminat tələbi qoyub.
Xatırladaq ki, daha əvvəl də Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb etmişdi. Lakin məhkəmə verilən şikayətin vaxtının keçdiyini nəzərə alaraq işə xitam vermişdi.