Kolumbiyada ağır qəza - 8 hərbçi həlak oldu
    • Dünən, 22:58
    • 78

Kolumbiyada ağır qəza - 8 hərbçi həlak oldu


Kolumbiya Hərbi Hava Qüvvələrinə məxsus “Huey II” helikopteri ölkənin şərqində qəzaya uğrayıb.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə ölkə prezidenti Qustavo Petro “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

“Viçada departamentində humanitar missiyada olan Kolumbiya Hərbi Hava Qüvvələrinin səkkiz əməkdaşının ölümünü təəssüflə bildirirəm. Ölkə üçün bu kədərli məqamda ailələrlə həmrəyəm”, - deyə qeyd edib.