Sərnişin avtobusu yük maşınına çırpıldı: 4 yaralı
    • Bu gün, 10:08
    • 93

Sərnişin avtobusu yük maşınına çırpıldı: 4 yaralı

Mersinin Tarsus rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza gecə saatlarında Karakütük ilə Damlama bölgəsi arasında Tarsus-Pozantı istiqamətində baş verib.

M.G-nin idarə etdiyi özəl şirkətə məxsus şəhərlərarası sərnişin avtobusu naməlum səbəbdən eyni istiqamətdə hərəkətdə olan və sürücüsü məlum olmayan yük maşınına arxadan çırpılıb.

Qəza nəticəsində avtobusun ön hissəsi zədələnib. Sürücü M.G. maşında ilişib qalıb. 

Hadisə yerinə gələn Mersin Böyükşəhər Bələdiyyəsi xilasetmə, axtarış-xilasetmə və Təcili 112 qrupları, M.G-ni yaralı olduğu yerdən çıxarıb. Qəzada avtobusun köməkçisi H.B. sərnişinlərlə D.Z. və S.A. da yaralanıb. 

Yaralıların müalicəsi davam edərkən, hadisə ilə bağlı araşdırmalar davam edir.

Məryəm İlhamqızı