Hizbullah baş katibinin müavini Kasım: Biz Nəsrullahın yolunu davam etdirəcəyik
    • 30-09-2024, 14:30
    • 237

Hizbullah baş katibinin müavini Kasım: Biz Nəsrullahın yolunu davam etdirəcəyik

Hizbullah baş katibinin müavini Şeyx Nəim Kasım təşkilatın lideri Həsən Nəsrullahın qətlindən sonra ilk dəfə danışıb.  "Qrup bir qardaş, bir lider itirdi. Biz Nəsrullahın yolu ilə getməyə davam edəcəyik" dedi. 

Hizbullah lideri Həsən Nəsrullahın İsrail tərəfindən öldürülməsi Yaxın Şərqdə böyük gərginliyə səbəb olub.

News24.az xəbər verir ki, Nəsrullahın öldürüldüyü hücumda digər müqavimət liderlərinin də hədəf alındığını söyləyən Kasım əlavə edib:

"Digər mücahid və şəhidlərin ailələrinə başsağlığı verirəm. Onlar görüşdə Nəsrullahın yanında idilər. Bu, sadəcə olaraq 20 liderin iştirak etdiyi toplantı deyildi. Onların mühafizəçiləri də var idi".

İsrailin Livanın hər bölgəsində qırğınlar və cinayətlər törətməkdə davam etdiyini bildirən Kasım, çıxışına bu açıqlama ilə davam edib: 

"İsrail müəyyən kəndləri və evləri hədəf alır. Səhiyyə işçilərinə və mülki şəxslərə, küçələrdə gəzənlərə və evdə oturanlara hücum edir. Bunlar döyüşçü deyil”.

Kasım, Amerikanın İsraili hər vasitə ilə dəstəklədiyinə və İsrailin ortağı olduğuna, İsrailə hər cür iqtisadi dəstəyin yanında sərhədsiz hərbi dəstək verdiyinə diqqət çəkib.

Kasım, "Bu vəhşilikdən qurtula biləcəyini düşünürlərsə, həqiqətən yanılırlar" dedi.

Günel Məlikzadə