"Qalatasaray" azarkeşlərinə BƏD XƏBƏR
    • Dünən, 21:43
    • 98

"Qalatasaray" azarkeşlərinə BƏD XƏBƏR

"Qalatasaray"ın ulduz hücumçusu Viktor Osimhen Kasımpaşa matçında ilk qollarını vursa da, əzələsindən zədə aldığı üçün ikinci hissədə oynaya bilməyib. Komandanın baş məşqçisi nigeriyalı futbolçunun Avropa Liqası matçında çıxışı ilə bağlı yekun qərarını verib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, nigeriyalı futbolçunun zədəsinin ciddi olmadığını deyən baş məşqçi Okan Buruk risk etməmək üçün Osimhenə "Riqas Futbol Şkola" ilə matçda istirahət vermək qərarına gəlib.

Təcrübəli çalışdırıcı UEFA Avropa Liqası matçında Osimhenin xidmətlərindən yararlanmayacaq və onu Super Liqada "Alanyaspor" matçında heyətə qatacaq.