"Qalatasaray" liderlik üçün meydanda
    • 17-09-2024, 12:24
    • 460

"Qalatasaray" liderlik üçün meydanda

"Qalatasaray" Fənərbaxça derbisi öncəsi liderlik matçına çıxır.

News24.az xəbər verir ki, Super Liqanın 3-cü həftə təxirə salınma matçında rəqib Qaziantep Futbol Klubudur.

"Qalatasaray"ın yeni transferləri Viktor Osimhen, Roland Sallai və İsmayıl Yakobs statusu səbəbindən bu matçda oynaya bilməyəcək.

Müalicəsi davam edən Mauro İkardi və Hakim Ziyeç matçın heyətində olmayacaq.

RAMS Parkda saat 20-də başlayacaq Qalatasaray - Qaziantep Fk matçını baş hakim Cihan Aydın idarə edəcək.

MÜMKÜN 11

Qalatasaray: Muslera, Kaan-Davinson-Abdülkerim-Jelert, Torreira-Sara, Yunus-Mertens-Barış Alper, Batshuayi.

Qaziantep FK: Dioudis, Ertuğrul, Viana, Saborit, Emre Taşdemir, Ogün, Mandouki, Kozlowski, Sorescu, Maxim, Kodro.

Günel Məlikzadə