-
- 30-09-2024, 23:35
- 400
ABŞ-ın regional müharibə narahatlığı: "İran hücuma hazırlaşır"
İsrail Hizbullah lideri Həsən Nəsrullahı öldürdükdən sonra Yaxın Şərqdə regional müharibə ilə bağlı narahatlıqlar artıb.
News24.az xəbər verir ki, İranın “Nəsrullahın qanı geridə qalmayacaq” açıqlamalarından sonra bütün gözlər İrana çevrilib.
ABŞ rəsmisi CNN-ə açıqlamasında deyib ki, “Bayden administrasiyası İsrailin Hizbullah lideri Həsən Nəsrullahı öldürməsindən sonra İranın hücum planlaşdırmasından narahatdır”.
Rəsmi həmçinin bildirib ki, İsraillə müdafiə məsələlərində əməkdaşlıq mövcuddur.
Adı açıqlanmayan rəsmi İranın mümkün hücumunun qarşısını almaq üçün müdafiə planlarının hazırlandığını vurğulayıb.
ABŞ prezidenti Co Bayden Dover Hərbi Hava Qüvvələri bazasında Nəsrullahın öldürülməsindən sonra Yaxın Şərqdə artan gərginliklə bağlı açıqlama verib.
Bölgədə mümkün müharibənin qarşısını almalı olduqlarını bildirən Bayden, "Netanyahu ilə görüşəcəyəm" deyib.
Günel Məlikzadə