Dostoyevskinin mənzili satışa çıxarıldı
    • Bu gün, 17:57
    • 89

Dostoyevskinin mənzili satışa çıxarıldı

Sankt-Peterburqda yazıçı Fyodor Dostoyevskinin (1821-1881) bir neçə il yaşadığı mənzil satışa çıxarılıb. 

News24.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb

Yazıçı “Kasıblar” romanını bu mənzildə yazıb.

Mənzil 25,5 milyon rubl(təxminən 460 min azn) dəyərində qiymətləndirilib. 

Qeyd edək ki, mənzil 1839-cu ildə tikilmiş evin 2-ci mərtəbəsində yerləşir, mənzilin ümumi sahəsi 100 kv.m-dən çoxdur.

Məryəm İlhamqızı