-
- 1-10-2024, 12:36
- 170
Yaponiyanın yeni baş naziri bəlli oldu
Yaponiyanın baş naziri Fumio Kişida bu gün Liberal Demokrat Partiyasına (LDP) ictimai dəstəyin azaldığını əsas gətirərək rəsmən istefa verdikdən sonra ölkənin yeni baş naziri elan edilib.
News24.az xəbər verir ki, ötən həftə keçirilən LDP prezident seçkilərində qalib gələn Şiqeru İşiba parlamentin bu gün keçirilən iclasında 461 səsdən 291-ni alaraq ölkənin yeni baş naziri seçilib.
Yeni kabinetin adlarını yaxın saatlarda açıqlaması gözlənilən İşiba, Yaponiya İmperator Sarayında keçiriləcək mərasimdən sonra vəzifəsinin icrasına başlayacaq.
Günel Məlikzadə