Bakıda qadının da üzv olduğu cinayətkar dəstənin ŞOK ƏMƏLLƏRİ
    • 19-06-2019, 12:11
    • 1 908

Bakıda qadının da üzv olduğu cinayətkar dəstənin ŞOK ƏMƏLLƏRİ

Bakıda elm xadiminə qarşı cinayət törətmiş şəxslərin məhkəməsi başlayır.

News24.az
-ın məlumatına görə, Cinayət Məcəlləsinin 182.3.2-ci, yəni hədə-qorxu ilə tələb etmə- külli miqdarda əmlakı ələ keçirməklə törədildikdə maddəsi ilə təqsirləndirilən Samir Sahib oğlu, Kərimova Yaqut Ədalət qızı, Əliyev Zaur Arif oğlu, Zahidov Elvin Məhəmməd oğlu və Qasımov Fərid İlham oğlu barəsindəki cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Mahmud Ağalarovun icraatına verilib.

Qeyd edək ki, əvvəlcədən cinayət əlaqəsinə girən şəxslər tanınmış iş adamı və elmlər namizədi olan F.Fərmanzadəni şantaj ediblər. Onlar Yaqut Kərimovanı həmin şəxslə görüşdükdən sonra onu rüsvay etməklə hədələyiblər və külli miqdarda pul tələb ediblər.
.