Sabah Bakınının bu ərazilərində su olmayacaq
    • Bu gün, 18:41
    • 133

Sabah Bakınının bu ərazilərində su olmayacaq

Su xətlərində aparılacaq təmir işləri ilə əlaqədar Xətai, Səbail, Nəsimi rayonlarının bəzi ərazilərinə suyun verilməsində oktyabrın 3-ü saat 10:00-dan 00:00-a qədər fasilə yaranacaq. 

Bu barədə News24.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib. 

Bildirilib ki, 00:00-dan etibarən suyun mərhələli şəkildə verilməsi həyata keçiriləcək.