Bu dağ hər il 2 millimetr uzanır
    • 1-10-2024, 19:53
    • 165

Bu dağ hər il 2 millimetr uzanır

EurekAlert saytının məlumatına görə, İngiltərədəki Universitet Kollecinin (UCL) mütəxəssisləri 8849 metr hündürlüyündə olan Everestin necə uzandığını öyrənmək üçün müxtəlif modellərdən istifadə edərək Himalay dağlarında illər ərzində çayların təkamülünü araşdırıblar.

News24.az xəbər verir ki, tədqiqatçılar təqribən 89 min il əvvəl Everest yaxınlığında yerləşən Arun çayının Kosi çayı ilə birləşməsinin bölgədə eroziyanı artırdığını müəyyən ediblər.

Bu birləşmənin böyük miqdarda qaya və torpağı aşındırdığını bildirən tədqiqatçılar, eroziyadan sonra yer qabığının altından gələn təzyiqin Everestin yüksəlməsinə səbəb olduğunu ifadə ediblər.

Tədqiqatçılar, çayın yaratdığı eroziyaya görə Everest dağının son 89 min ildə 15-50 metr uzandığını və hər il təxminən 2 millimetr uzanacağının davam edə biləcəyini bildiriblər.

Araşdırmanın müəlliflərindən biri olan Dr. Şu. Han "Everest dağının dəyişən hündürlüyü Yer səthinin dinamik təbiətini vurğulayır. Arun çayının eroziyası ilə Yer mantiyasının yuxarı təzyiqi arasındakı qarşılıqlı əlaqə Everest dağına sürətlənmə verir və onu normaldan daha yüksəklərə itələyir", - açıqlamasında bildirib. 

Araşdırma "Nature Geoscience" jurnalında dərc olunub.

Məryəm İlhamqızı