Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?
    • 2-10-2024, 19:37
    • 176

Havalar soyuyur: Xəstələnməmək üçün nə edək?

İnsan orqanizmi havanın təlatümlərinə qarşı xeyli dözümlüdür. Orqanizmin müdafiə mexanizmləri var ki, bizi ətraf aləmin iqlim təlatümlərinə qarşı qoruyur. Həmin reaksiyalar işə düşür və bu cür qorunuruq.

News24.az bildirir ki, bu sözləri Axar.az-a həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla soyuq havaların insan orqanizminə təsiri haqqında danışarkən deyib.

Onun sözlərinə görə, payızın gəlişi ilə bağlı havalar soyuyur və orqanizmin müdafiə imkanları da bəlli zamandan sonra tükənir. Odur ki, sağlam olmaq üçün insanlar əlavə tədbirlər almalıdır:

"Kompersator reaksiyalar özləri uzun müddət davam edə bilməz. Bu imkanlar tükəndikdən sonra orqanimzin temperator requlyasiyası (tənzimlənməsi) pozulur. Ona görə də havaya uyğun olaraq geyim seçilməlidir. Soyuqdəymə xəstəliyi ilə üzləşən insanlar daha çox geyim formasını düzgün seçməyən, havanın temperator təlatümünü iqnor edənlərdir. Bunlar soyuqdəymə xəstəliyinə tutulurlar, müəyyən viruslar fəallaşır və arzuolunmaz vəziyyət yaranır. Soyuq havalarda optimal yol havanın istiliyinə uyğun geyim forması seçmək və uyğun davranış sərgiləməkdir".