Gənc Zəhranın şübhəli ölümü
    • 2-10-2024, 22:43
    • 246

Gənc Zəhranın şübhəli ölümü

Antalyada yaşayan gənc qız yatağında cansız vəziyyətdə tapılıb.

News24.az xəbər verir ki, iddialara görə, Zehra Gün (23) dünən gecə saatlarına qədər qaldığı butikin yuxarı mərtəbəsində sevgilisi ilə spirtli içki qəbul edib.

Gənc qızın sevgilisi səhər saatlarında Zehranı oyada bilməyəndə sağlamlıq qruplarına xəbər verilib.

Hadisə yerinə gələn qrupların araşdırması nəticəsində Zəhranın öldüyü müəyyən edilib.

Gənc qızın cansız bədəni yarılma üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.


Günel Məlikzadə