0,3 faizlik möcüzə: Həkimlər belə...
    • 2-10-2024, 17:36
    • 198

0,3 faizlik möcüzə: Həkimlər belə...

Çinin Şaansi əyalətində çinli qadın səkkiz ay yarımlıq hamilə ikən qoşa uşaqlıqdan əkiz uşaq dünyaya gətirib. Əkizlərdən biri oğlan, digəri isə qız kimi dünyaya gəlib. Oğlan 3,3 kq, qız isə 2,4 kq çəki ilə doğulub.

News24.az xəbər verir ki, Xi'an Xalq Xəstəxanası bu barədə məlumat yayıb.

Uterus didelfisi kimi tanınan ikiqat uşaqlıq bütün dünyada qadınların yalnız 0,3 faizini təsir edir. Maraqlısı odur ki, hər iki uşaqlıq yolu, yumurtalıqlar da daxil olmaqla tam formalaşmışdır.

İkiqat uşaqlıq nadir hal olsa da, çinli qadının vəziyyətini daha da diqqətə çatdıran onun təbii yolla hamilə qalması və hər biri fərqli uşaqlıqdan əkiz (bir oğlan və bir qız) dünyaya gətirə bilməsidir.

Xəstəxananın mama-ginekoloqu Cai Ying Li-nin hamiləliyini nadir hadisə kimi qiymətləndirib. "Təbii hamiləlik yolu ilə hər iki uşaqlıq yolunda hamilə qalmaq çox nadirdir. Biz yalnız Çindən və xaricdən bir neçə hadisə eşitmişik", - o deyib.

Məryəm İlhamqızı