Yeməkdən sonra su içənlərin nəzərinə - mütəxəssislərdən xəbərdarlıq
    • 2-10-2024, 18:39
    • 285

Yeməkdən sonra su içənlərin nəzərinə - mütəxəssislərdən xəbərdarlıq

Çoxumuz yeməkdən dərhal sonra yeməyi asanlaşdıran və yediklərimizi həzm etməyimizə kömək edən su içirik. Lakin mütəxəssislər yeməkdən dərhal sonra su içməyin faydalı deyil, zərərli olduğunu üzə çıxarıblar.

News24.az xəbər verir ki, yeməkdən sonra su içməyin insan orqanizminə zərərləri bunlardır:

Yeməkdən dərhal sonra su istehlakı qida maddələrinin kifayət qədər həzm edilməməsinə səbəb olur. Həzm fermentlərini zədələyən bu vəziyyət qidanın həzmini ləngidir və həzmin təbii vaxtını pozur.

Yeməkdən sonra içilən su həzm fermentlərini sulandırır və mədə şirəsi ilə qarışaraq bu suyun turşuluq səviyyəsini azaldır. Buna görə də metabolik və həzm pozğunluqları meydana gəlməyə başlayır.

Həzm olunmayan qidalar bədəndə yağ olaraq yığılmağa başlayır və qısa zamanda kökəlmənizə səbəb olur. Bədəndə qidaların yağ şəklində saxlanması problemi uzun müddətdə piylənməyə səbəb olacaq. Bu səbəbdən suyu yeməkdən ən az 35-40 dəqiqə sonra içmək ən sağlam üsuldur.

Eyni zamanda həzm fermentlərinin qatılaşması və qidanın düzgün həzm oluna bilməməsi qidadan aldığımız vitamin və minerallara da zərər verəcək. Bu problem yediyiniz qidalardan faydalanmağınıza və sağlam qidalanmanıza mane olur.

Məryəm İlhamqızı