Bu cütlüklərin boşanma nisbəti daha yüksəkdir - ARAŞDIRMA
    • 3-10-2024, 17:48
    • 233

Bu cütlüklərin boşanma nisbəti daha yüksəkdir - ARAŞDIRMA

ABŞ-da evli cütlükləri araşdıran elm adamları və araşdırma şirkətləri, aşağı büdcəli toy edən cütlüklərin boşanma nisbətlərinin yüksək büdcəli toy edənlərə nisbətən daha az olduğunu ortaya çıxarıblar.

News24.az xəbər verir ki, araşdırmaya görə, toya həddindən artıq pul xərcləyən cütlüklər ödəyə bilməyəcəkləri borclar yarandığı üçün aralarında problemlər yaşamağa başlayır və bu proses boşanmalara səbəb ola bilir.

Araşdırmada, dəyəri 25 min dollardan çox olan toy edən hər 10 cütlükdən birinin 3 il ərzində boşandığı, 3 illik müddətdə orta boşanma nisbətinin isə hər 20 cütlükdən 1 olduğu ifadə edilib.

Böyük Britaniyada yerləşən Evlilik Fondunun direktoru Harri Benson mövzu ilə bağlı verdiyi açıqlamada, "Bu məlumatlar ABŞ-da bahalı toyların evliliyə mənfi təsir etdiyini və borca səbəb olduğunu göstərir" deyib.

Benson, aşağı büdcəli toyların həm maliyyə baxımından daha davamlı olduğunu, həm də cütlüklərin evlilik həyatlarında daha möhkəm təməl təmin etdiyini ifadə edib.

Məryəm İlhamqızı