Ərinə əsəbiləşib görün nə etdi
    • 3-10-2024, 22:56
    • 277

Ərinə əsəbiləşib görün nə etdi

Bursansada ərinə əsəbiləşən C.A özünü 6-cı mərtəbədəki evinin eyvanından aşağı atıb. 

News24.az xəbər verir ki, C.A həyat yoldaşı ilə telefonda mübahisə etdikdən sonra eyvandan yıxılıb.

Qadın binanın girişindəki ərzaq mağazasının brezentinin üzərinə yıxılaraq ağır xəsarət alıb. Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə yanğınsöndürən, polis və sağlamlıq qrupları sövq edilib.

Yanğınsöndürmə briqadalarının köməkliyi ilə tibb işçiləri tərəfindən brezentdə ilkin tibbi yardım göstərən C.A. xərəyə alınaraq təcili tibbi yardım maşını ilə Dövlət Xəstəxanasına aparılıb.

Səhhəti ağır olaraq qalan C.A. müalicə olunub.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb və C.A-nın həyat yoldaşı O.A-nın ifadəsini alıb.

O.A.-nın ifadəsində “Sərxoş idim. Telefonda bir az dalaşdıq və telefonu bağladıq” dediyi bildirilib.

Qeyd edək ki, 10 ay əvvəl evlənən cütlüyün tez-tez mübahisə etdiyi və ötən gecə həyat yoldaşı ilə telefonda dalaşdıqdan sonra özünü 20 metr hündürlükdəki eyvandan boşluğa atdığı öyrənilib.

Günel Məlikzadə