BBC Boris Johnson ilə müsahibəni niyə ləğv etdi?
    • 3-10-2024, 23:47
    • 237

BBC Boris Johnson ilə müsahibəni niyə ləğv etdi?

Britaniyanın BBC telekanalı İngiltərənin keçmiş baş naziri Boris Consonla planlaşdırılan müsahibəni aparıcı Laura Kuensberqin suallar üçün hazırlanmış qeydləri səhvən göndərdiyi səbəbi ilə ləğv edib.

News24.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson tezliklə nəşr olunacaq memuarında 2022-ci ildə vəfat edən Kraliça II Yelizaveta haqqında yazır. Elizabetin ölümündən əvvəl sümük xərçəngi olduğunu yazmasından sonra yenidən gündəmə gəlib.

Consonun bəyanatından qısa müddət sonra Britaniyanın BBC telekanalı Britaniyanın keçmiş baş naziri ilə planlaşdırılan müsahibəni ləğv edib. BBC-nin keçmiş siyasi redaktoru və bazar günü səhər xəbərlər proqramının aparıcısı Laura Kuensberqin Consona suallar üçün hazırlanmış qeydləri təsadüfən “komandaya mesaj” göndərməsindən sonra müsahibənin ləğv edildiyi bildirilib.

BBC-nin sözçüsü məsələ ilə bağlı açıqlamasında "səhv qəbuledilməzdir" dedi və BBC ilə Consonun komandasının müsahibəni ləğv etməyə razılaşdıqlarını açıqladı.

Günel Məlikzadə