-
- 4-10-2024, 08:13
- 352
Trampın səhhətində problem var?
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp səhhəti ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.
Bildirilib ki, onun kampaniyası bununla bağlı suallara cavab vermək istəmir və siyasətçinin səhhəti bir sıra tibb mütəxəssisləri arasında suallar yaradıb.
Qəzetin yazdığına görə, Tramp qalib gələrsə, narahatlığa əsas verən bir sıra potensial səbəblərlə vəzifəyə başlayacaq. Nəşr ürəklə bağlı risklərə, iyul sui-qəsd cəhdinin mümkün nəticələrinə və yaşla təbii olan əqli qabiliyyətlərin azalmasına diqqət çəkib.
Qəzetə müsahibə verən tibb mütəxəssisləri Trampın piylənməyə yaxın olduğunu düşünürlər.
Bildirilib ki, əvvəlki araşdırmalarda siyasətçinin qanında xolesterin səviyyəsinin yüksəldiyi aşkarlanıb.
Qeyd edək ki, siyasətçi prezident seçiləcəyi təqdirdə səhhətində problem yaranarsa, dövlət başçısı vəzifəsindən istefa verməyə hazır olduğunu bildirmişdi.