-
- 12-09-2024, 11:12
- 235
Trampdan yeni iddia: "immiqrantlar ev heyvanları yeyir"
ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və Demokratlar Partiyasından namizəd Kamala Harris dünən ilk televiziya debatında üz-üzə gəlib.
News24.az xəbər verir ki, Demokrat namizəd Harrisi immiqrasiya ilə bağlı sərt tənqid edən Tramp ilk olaraq sosial mediada mühacirlərin ev heyvanlarını yeməsi ilə bağlı iddiaları gündəmə gətirib.
Tramp: “Sprinqfilddə it yeyirlər. Ölkəmizə daxil olan insanlar pişik yeyirlər. Onlar burada yaşayan insanların ev heyvanlarını yeyirlər".
Səlahiyyətlilər “ev heyvanlarına zərər vurulması ilə bağlı etibarlı məlumatların olmadığını” bildirsələr də, Trampın sözləri tez bir zamanda trend mövzusuna çevrilib. Sosial media istifadəçiləri #PetsForTrump heşteqi ilə yüzlərlə şəkil paylaşıblar.
Günel Məlikzadə