130 il ərzində yüzlərlə quş növü yox oldu
    • 4-10-2024, 22:06
    • 382

130 il ərzində yüzlərlə quş növü yox oldu

İngiltərədə aparılan yeni bir araşdırma, insanların son 130 min ildə quş növlərinin təxminən 7 faizinin itkisinə səbəb olduğunu müəyyən edib.

News24.az xəbər verir ki, “Science Daily”də dərc olunan araşdırmada alimlər insan faktorlarının quş növlərinin nəsli kəsilməsinə təsirini araşdırıblar.

Birmingem Universitetinin alimləri tərəfindən aparılan araşdırmada, son 130 min ildə ən azı 600 quş növünün (təxminən 7 faiz) insanlar tərəfindən nəsli kəsildiyinə dair dəlillər ortaya çıxıb. Alimlər araşdırmada quş növlərinin nəsli kəsilməsinin ekosistem və biomüxtəlifliyə təsirləri və onların mümkün nəticələrinə diqqət çəkiblər.

Birmingem Universitetindən Dr.Tom Matthews "Nəsli kəsilmiş quş növlərinin çoxluğu, əlbəttə ki, nəsli kəsilmə böhranının böyük bir hissəsidir, lakin diqqət etməli olduğumuz başqa bir məqam da odur ki, hər bir növün ətraf mühitdə bir işi və ya funksiyası var və buna görə də ekosistemdə həqiqətən mühüm rol oynayır" deyib.

Araşdırmanın quş növlərinin qorunması və nəsli kəsilmə səbəblərinin araşdırılması zərurətinə diqqət çəkdiyini vurğulayan Matthews, "Bu məlumat qlobal qoruma strategiyaları ilə yanaşı ekosistemin bərpası və səyləri üçün təsirli hədəflərin müəyyən edilməsi üçün həyati əhəmiyyət daşıyır" qiymətləndirməsini edib.

Məryəm İlhamqızı