-
- 5-10-2024, 20:09
- 270
Deputatdan təklif: Bu uşaqların valideynləri cəzalandırılsın
Rusiyalı deputat Sergey Kolunov bildirib ki, yeniyetmələrin hobbisinə görə inzibati və cinayət məsuliyyəti tətbiq edilməlidir.
News24.az Publika.az-a istinadla xəbər verir ki, deputat vurğulayıb ki, kvadrovinqlə maraqlanan uşaqların sayı artmaqdadır və eyni zamanda onların davranışlarından şikayətlər də çoxalır.
“Belə ki, 2023-cü ilin avqustunda “quadrobers” sözü üçün cəmi 1184 müraciət qeydə alınıb, 2024-cü ilin avqustunda isə bu rəqəm 439 683-ə yüksəlib”,- Kolunov qeyd edib .
Kolunov Rusiyanın Uşaq Ombudsmanı Mariya Lvova-Belovaya müraciət edərək kvadların populyarlığının artması ilə bağlı vəziyyəti nəzarətə götürməyi xahiş edib.