-
- 20-06-2019, 11:21
- 973
Bakıda gənc qızla dostundan ŞOK ƏMƏLLƏR – Vəzifəli şəxsin evinə girdilər və... - FOTO
Bakıda 5 evdən oğurluq etmiş şəxslərin məhkəməsi başlayacaq.
News24.az-ın məlumatına görə, Heydərov Anar Mehdiqulu oğlu və Xankişiyeva Əfsanə Elman qızı barəsində Səbail Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni oğurluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə açılan işin ibtidai istintaqı yekunlaşıb. İş baxılması üçün Səbail Rayon Məhkəməsinə verilib. Məhkəmə prosesi hakim Ağamalı Qafarovun sədrliyi ilə keçiriləcək.
Qeyd edək ki, Anar və Əfsanə Bakının mərkəzindəki Zərifə Əliyeva küçələrində yaşayış olmayan evlərə soxulublar. Cinayət işi üzrə 5 ev sahibi zərərçəkən şəxs qismində tanınıb. Onlar arasında yüksək vəzifədə olan şəxs də var.
Onu da qeyd edək ki, hər iki şəxs fevralın 3-də Səbail rayonu Z.Əliyeva küçəsi 29 ünvanında yerləşən iki mənzildən oğurluq edəndən sonra tutulub. Naməlum şəxs və ya şəxslər mənzillərə daxil olaraq ümumi dəyəri 30000 manat olan qızıl-zinət əşyaları, 2 ədəd televizor və noutbuk oğurlayıblar.
Məlumata görə,zərərçəkən ev sahiblərinin şikayəti əsasında Səbail Rayon Polis İdarəsi və 39-cu Polis Bölməsi əməkdaşlarının qısa zamanda həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri Əfsanə Xankişiyeva və Anar Heydərov qısa zamanda saxlanılıblar.
Araşdırma zamanı müəyyən edilib ki, Ə.Xankişiyeva və A.Heybətov oğurladıqları televizorlardan birini və qızıl-zinət əşyalarından müəyyən hissəsini satıblar. Həmin şəxslər tutulan zaman onlardan oğurluq yolla əldə etdikləri qızl-zinət əşyaları, həmçinin hadisə zamanı istifadə etdikləri əlcəklər aşkar edilərək maddi sübut kimi götürülüb. Ə.Xankişiyeva və A.Heydərov istintaqa verdikləri ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.