-
- 23-01-2020, 13:28
- 1 509
Dostəliyevlərə CİNAYƏT İŞİ AÇILDI
Bakıda oğurluq etmiş şəxslər barəsində açılan cinayət işinin ibtiadi istintaqı başa çatıb.
News24.az-ın məlumatına görə, Sabunçu rayonu ərazisində oğurluq etdiyinə görə tutulan E.Dostəliyev, onun oğlu C.Dostəliyev və T.Sarıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci, yəni, oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə açılan işin materialları Sabunçu Rayon Məhkəməsinə göndərilib. İşə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, iş üzrə Z.Şabıyev zərərçəkmiş şəxs qismində tanınıb.