-
- 7-10-2024, 08:13
- 352
Ər boşanma ərəfəsindəki arvadını ayağından VURDU
Bursada bir şəxs boşanma ərəfəsində olduğu həyat yoldaşını tapança ilə vuraraq yaralayıb.
News24.az NTV-yə istinadən xəbər verir ki, evə gələn S.Y (51) arvadını tapança ilə ayağından vuraraq qaçıb.
Hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən talehsiz qadın xəstəxanaya aparılıb.
Qadının həyatının təhlükədə olmadığı öyrənilib. Polis hadisədən sonra qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Günel Məlikzadə