Türkiyədə 100 əsgər zəhərləndi
    • Bu gün, 14:14
    • 120

Türkiyədə 100 əsgər zəhərləndi

Kayseri 1-ci Komando Briqadası Köşk Kışlası'nda vəzifə yerinə yetirən bəzi əsgərlər axşam yeməyindən sonra ürək bulanması və qusma şikayəti etməyə başlayıb. 

News24.az xəbər verir ki, vəziyyəti səlahiyyətlilərə bildirən əsgərlər üçün kazarmalara çoxlu sayda tibb qrupu sövq edilib.

Zəhərlənmə şübhəsi ilə 100-ə yaxın əsgər ətrafdakı xəstəxanalara aparılıb. 

Müalicə olunan əsgərlərin vəziyyətinin yaxşı olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Məryəm İlhamqızı