Dilanın əri ilə bağlı həbs qərarı verildi
    • 7-10-2024, 16:10
    • 393

Dilanın əri ilə bağlı həbs qərarı verildi

Qonşularını döyməkdə ittiham olunan məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat cütlüyünün cinayət işi ilə bağlı qərar verilib. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Engin Polat 1 il 11 ay 10 gün müddətinə azadlıqdan məhrum edilib.

Dilan Polatın barəsində açılan cinayət işi üzrə isə xitam verilib. Məhkəmə Engin Polatın cəzasını təxirə salıb.

Qeyd edək ki, Polat cütlüyü bir müddət öncə “çirkli pulların yuyulması” və “vergidən yayınma” ittihamları ilə bir müddət mühakimə olunublar. Onlar daha sonra sərbət buraxılıblar. 

Teymur Məmmədov