Sel fəlakəti: ÖLƏNLƏR VAR
    • 7-10-2024, 20:44
    • 343

Sel fəlakəti: ÖLƏNLƏR VAR

Hindistanın şimal-şərqindəki Meqalaya ştatında son dörd gündə yağan güclü yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri nəticəsində ən azı 15 nəfər həyatını itirib.

News24.az xəbər verir ki, Hindistan Meteorologiya Departamentinin "güclü yağış" proqnozu ilə bu həftə ərzində ştatın bəzi yerlərində daha çox yağış gözlənilir.

Meteorologiya Bürosu 64,5 mm ilə 115,5 mm arasında olan yağıntıları “ağır” kimi təsnif edir.

Qeyd edək ki, təxminən 165 kənddə daşqından zərər çəkən 17 min adam yardım düşərgələrinə köçürülüb. Güclü yağışlar zamanı bir ailənin 7 üzvü torpaq altında qalaraq həyatını itirib. Banqladeşdə ölənlərin sayı 6 nəfərə çatıb.

Günel Məlikzadə