Dünyanın ən zərərli 10 qidası
    • 7-10-2024, 22:56
    • 1 682

Dünyanın ən zərərli 10 qidası

Bir çox insan sağlamlıqlarını təhdid edən qidaları fərqində olmadan istehlak edir. Mütəxəssislər bu qidaların tərkibindəki kimyəvi maddələr, süni əlavələr və yüksək emal olunmuş inqrediyentlər səbəbindən ciddi sağlamlıq problemlərinə səbəb ola biləcəyi barədə xəbərdarlıq etsələr də, biz onları hətta uşaqlara da veririk. 

News24.az dünyanın ən zərərli 10 qidasını təqdim edir:

Qazlı və şəkərli içkilər

Tərkibində yüksək miqdarda şəkər olan bu içkilər piylənmə, diabet və ürək xəstəlikləri kimi sağlamlıq problemlərini çağırır. Bundan əlavə, tərkibindəki turşular diş minasına zərər verir və sümük sağlamlığına mənfi təsir göstərir.

Tərkibində Trans yağlar olan qəlyanaltılar

Çips, kraker və əvvəlcədən hazırlanmış muffin kimi qəlyanaltıların tərkibində sağlamlığa zərərli olan trans yağlar var. Bu yağlar pis xolesterolu artırır və ürək xəstəlikləri riskini artırır.

Emal edilmiş ət məhsulları

Kolbasa, salam və sucuq kimi emal edilmiş ət məhsulları yüksək miqdarda duz, nitratlar və digər konservantlardan ibarətdir. Bu maddələr xərçəng riskini artıra və ürək sağlamlığına zərər verə bilər.

Marqarin və yağlar

Tərkibində trans yağlar olan marqarin və digər bərk yağlar ürək sağlamlığına mənfi təsir göstərən maddələrə malikdir. Bu məhsullar damarların tıxanmasına və ürək böhranına səbəb ola bilər.

Süni dadlandırıcılar

Aspartam, saxarin və digər süni tatlandırıcılar müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir. Mütəxəssislər bildirirlər ki, bu kimyəvi maddələr beyin sağlamlığına mənfi təsir göstərə bilər.

Hazırlanmış və İşlənmiş Qidalar

Dondurulmuş pizza, hazır şorba və qablaşdırılmış qidalarda yüksək miqdarda duz, şəkər və əlavələr var. Bu qidalar orqanizmin təbii tarazlığını pozur və uzun müddətdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

Ağ Çörək və Emal edilmiş Un Məhsulları

Ağ çörək və emal edilmiş un məmulatlarında lif və qida dəyəri yoxdur. Bu qidalar qan şəkərində sıçrayışlara səbəb olur və uzun müddətdə çəki artımına səbəb ola bilər.

Hazır souslar və ketçup

Hazır souslar və ketçup kimi məhsullar şəkər və duzun gizli mənbələridir. Bu qidalar bilmədən çox kalori qəbul etmənizə və qan şəkərinizin qeyri-sabit olmasına səbəb ola bilər.

Enerji İçkiləri

Enerji içkiləri tərkibindəki yüksək kofein və şəkərlə orqanizmə zərər verə bilər. Bu içkilər ürək döyüntüsünə, yuxu problemlərinə və sinir sisteminə mənfi təsir göstərə bilər.

Məryəm İlhamqızı