“Apple”dan "ağıllı üzük"lə bağlı gözlənilməz qərar
    • 8-10-2024, 19:23
    • 426

“Apple”dan "ağıllı üzük"lə bağlı gözlənilməz qərar

“Apple” şirkəti "ağıllı üzük" bazarında “Samsung” ilə rəqabət etmək fikrindən daşınıb.

News24.az Publika.az-a istinadən xəbər verir ki, şirkət "ağıllı üzük" yaratmaqla bağlı layihəni dayandırmaq qərarına gəlib.

Məlumata görə, “Apple” yaxın illərdə öz smart üzüyünü buraxmağı planlaşdırmır. Bu qərara səbəb yeni geyilə bilən cihazın buraxılmasının brendin əsas məhsullarından biri sayılan “Apple Watch” saatının satışına mənfi təsir göstərə biləcəyidir.

Xatırladaq ki, daha əvvəl “Apple”ın tezliklə "ağıllı üzük" təqdim edəcəyi ilə bağlı şayiələr yayılmışdı.

“Mütəxəssislər hesab edirlər ki, şirkətin son qərarı strateji baxımdan məntiqlidir. Çünki yeni geyilə bilən cihaza yüksək tələbat gözlənilmir.