5 alpinist dağdan yıxılaraq ÖLDÜ
    • Dünən, 22:26
    • 179

5 alpinist dağdan yıxılaraq ÖLDÜ

5 rusiyalı alpinist 8 min 167 metr hündürlüyü ilə dünyanın yeddinci ən yüksək dağı olan Dhaulagiriyə qalxarkən sürüşərək həlak olub. 

News24.az xəbər verir ki, axtarış əməliyyatları zamanı alpinistlərin cansız cəsədləri xilasedici helikopter tərəfindən aşkar edilib.

Alpinistlərdən ikisinin zirvəyə çatdığı, digər alpinistlərin isə zirvəyə çatmadan geri qayıtdığı, lakin bir müddət sonra alpinistlərlə komanda arasında radio əlaqəsinin kəsildiyi bildirilib.

Cəsədlərin dağdan nə vaxt və necə çıxarılacağı hələlik bəlli olmasa da, əməliyyat üçün geniş planın hazırlanacağı gözlənilir.

Məryəm İlhamqızı