TƏCİLİ!!! 3 azərbaycanlı alpinist itkin düşdü
    • 17-01-2024, 14:46
    • 335

TƏCİLİ!!! 3 azərbaycanlı alpinist itkin düşdü

Şərqi Azərbaycan əyalətinin Sərab mahalının "Şirmərdan" yüksəkliklərində 3 azərbaycanlı alpinist itkin düşüb.

News24.az Milli.Az-a istinadla xəbər verir ki, bu barədə Sərabın Qızıl Aypara Cəmiyyətinin başçısı Həmid Münəccim məlumat yayıb.

O, alpinistlərin yanvarın 15-də itkin düşdüklərini, Sərab və Təbrizdən olan alpinist və xilasetmə qruplarının onların axtarışına cəlb olunduqlarını bildirib.

Güclü qar yağması və çovğun səbəbindən axtarış işlərinin istənilən səviyyədə aparılmadığı da qeyd edilib.