Dəhşətli qəza: Piyadanı vuran kuryer ÖLÜB - FOTO
    • Bu gün, 13:59
    • 199

Dəhşətli qəza: Piyadanı vuran kuryer ÖLÜB - FOTO

İstanbulda motosiklet sürən Ümit Bakank yolu keçmək istəyən Derya Ö.-nü vurub.

News24.az xəbər verir ki, ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Təhlükəsizlik tədbirləri alan polis qrupları qəza ilə əlaqədar araşdırma başladıb.

Qəzanın təsiri ilə yola düşən sürücü Ümit Bakankın isə hadisə yerində öldüyü müəyyən edilib.

Onu da qeyd edək ki, qəzada dünyasını dəyişən Ümit Bakankın evli və bir uşağı olduğu, eyni zamanda kuryer işlədiyi öyrənilib.

Günel Məlikzadə