Avtomobil 7 yaşlı uşağı əzdi
    • 10-06-2024, 23:59
    • 318

Avtomobil 7 yaşlı uşağı əzdi

Dəhşətli qəza Qaziantepdə baş verib. İddialara görə, yolu keçmək istəyən 7 yaşlı Bulut Cengizi avtomobil vurub, sonra isə üzərindən keçib.

News24.az xəbər verir ki, kiçik uşaq ağır yaralanarkən, ətrafdakı vətəndaşların xəbəri üzərinə əraziyə çoxlu polis və sağlamlıq işçiləri sövq edilib.

Kiçik Bulut xəstəxanaya aparılıb. Bədbəxt uşaq xəstəxanada edilən müdaxiləyə baxmayaraq dünyasını dəyişib. 

Qeyd edək ki, avtomobil sürücüsünün saxlanıldığı və qəza ilə bağlı genişmiqyaslı araşdırmalara başlanıldığı öyrənilib.

Günel Məlikzadə