Şimali Koreyadan Cənuba:
    • Bu gün, 14:31
    • 115

Şimali Koreyadan Cənuba: "Heç kim sizi qoruya bilməz"

Şimali Koreya lideri Kim Çen In düşmənlərini qorxudub.

News24.az xəbər verir ki, adını daşıyan Milli Müdafiə Universitetinin 60 illik yubiley mərasiminə qatılan Kim çıxışında Koreya yarımadasında və ətrafında təhlükəsizlik mühitinin getdikcə daha çətinləşdiyini bildirib.

Cənubi Koreya-ABŞ ittifaqının tamamilə nüvə ittifaqına çevrildiyini vurğulayan Kim, "Dünyanın ən böyük nüvə gücü və onu manipulyasiya etməyə çalışan ən məkrli kuklalarla qarşı-qarşıyayıq" deyib.

Ölkə konstitusiyasının orduya mümkün təxribata sərt cavab vermək səlahiyyəti verdiyinin vurğulayan Kim, “Ölkəmizə hücum edilərsə, bütün hərbi gücümüz istifadə olunacaq və nüvə silahından istifadə variantı nəzərdən qaçmayacaq” deyə xəbərdarlıq edib.

Kim həmçinin keçən həftə “Şimali Koreya rejiminə son qoymaq” haqqında danışan Cənubi Koreya prezidenti Yoon Suk Yeol-u tənqid edib:

“Ağıllı siyasətçi öz ölkəsinin təhlükəsizliyinə gəldikdə ehtiyatsız davranmaq və nüvə dövləti ilə üzləşmək istəməz. O, hərbi münaqişənin yaranmasının qarşısını almaq üçün vəziyyəti idarə etməyə çalışır”. 

Yoona mülayim davranması barədə xəbərdarlıq edən Kim, mümkün nüvə müharibəsi ehtimalına işarə edərək, "Bir daha vurğulayıram ki, belə bir vəziyyətdə sağ qalmaq ümidi əbəsdir və Cənubi Koreyanı nə şans, nə də heç bir ilahi güc qoruya bilməz" dedi. 

Günel Məlikzadə



Şimali Koreya Cənubu qorxudur: “Sizi heç kim qoruya bilməz” – 5

"BİZ HƏRBİ SÜPER GÜÇLƏR OLACAQ"

Ölkəsinin Cənubi Koreyaya hücum etmək niyyətinin olmadığını təkrarlayan Kim, müdafiə silahlarının inkişaf etdirilməsi fəaliyyətlərini davam etdirəcəklərini vurğuladı.


Bu çərçivədə ölkəsinin nüvə potensialının qeyri-müəyyən müddətə artırılması lazım olduğunu ifadə edən Kim, "Hərbi super güc və nüvə gücə çevrilmə yolunda addımlarımız daha da sürətlənəcək" dedi.


Şimali Koreya Cənubu qorxudur: “Sizi heç kim qoruya bilməz” – 6

CƏNİ KOREYA DA XƏBƏRDARLIQ EDİLDİ

Cənubi Koreya 1 oktyabr Silahlı Qüvvələr Günü ilə ordusunun 76-cı ildönümünü qeyd etdi.


Cənubi Koreya prezidenti Yoon Suk Yeol mərasimdəki çıxışında Şimali Koreyanın təxribatlarına sərt cavab veriləcəyini bildirib.


Şimali Koreya Cənubu qorxudur: “Sizi heç kim qoruya bilməz” – 7

Nüvə silahından istifadə edəcəyi təqdirdə Şimali Koreya rejiminin sonunun olacağını xəbərdar edən Yoon, “Şimali Koreya nüvə silahından istifadə etməyə cəhd edərsə, ordumuz və Cənubi Koreya-ABŞ ittifaqının qəti və sarsıdıcı cavabı ilə qarşılaşacaq. ." O, aşağıdakı ifadələrdən istifadə edib:



Şimali Koreya Cənubu qorxudur: “Sizi heç kim qoruya bilməz” – 8