İkardi “Qalatasaray”dan gedə bilər
    • Dünən, 22:33
    • 225

İkardi “Qalatasaray”dan gedə bilər

Argentinalı Mauro İkardi komandasının sıralarını tərk edə bilər.

News24.az Yenisabah.az-a istinadla xəbər verir ki, 31 yaşlı forvardın “Qalatasaray” rəhbərliyi ilə problemləri var. 

Bu mövsüm qeyri-məhsuldar oyunu ilə diqqət çəkən İkardi “Antalyaspor”la oynanan liqa matçından sonra radikal addım atıb. Hücumçu şəxsi təyyarəsi ilə tətilə çxıdığını bildirib. vakansiyalar

Mauro İkardinin bu hərəkəti klub rəhbərliyində birmənalı qarşılanmayıb. Futbolçunun vətəninə gediş və istirahət xərcləri “Qalatasaray” büdcəsi tərəfindən qarşılanır. İkardinin komandaya illik dəyəri 10 milyon avronu ötür. 

Forvard bu mövsüm oynadığı 10 oyunda cəmi 3 qolla yadda qalıb.