Sel fəlakəti: Matəm elan edildi
    • 8-10-2024, 16:32
    • 285

Sel fəlakəti: Matəm elan edildi

Bosniya və Herseqovinada oktyabrın əvvəlində yağan güclü yağışdan sonra daşqın və sürüşmə fəlakəti baş verib.

News24.az xəbər verir ki, ən azı 21 nəfərin həyatını itirdiyi sel fəlakəti ilə əlaqədar ölkə daxilində bir günlük matəm elan edilib.

Yas qərarı, Bosniya və Herseqovina hökumətindəki Bosniya serb nazirlərinin dövlət səviyyəsində qəbul edilməsinə mane olduğu üçün qurum hökumətləri səviyyəsində ayrıca qəbul edilib.

Qeyd edək ki, matəmlə əlaqədar bayraqlar yarıya endirilib, ölkə boyu ictimai yerlərdə mədəni-əyləncə proqramları qadağan edilib.


Günel Məlikzadə