Pilotun ürəyi dayandı, sərnişin təyyarəni endirdi
    • Bu gün, 16:50
    • 578

Pilotun ürəyi dayandı, sərnişin təyyarəni endirdi

ABŞ-də pilotun havada ürəyi dayandıqdan sonra sərnişin təyyarəni endirib.

Bu barədə News24.az Good News Network-a istinadən xəbər verir.

KİV-in məlumatına görə, pilotun ürəyi dayandığı üçün yüngül mühərrikli təyyarə təcili eniş etmək məcburiyyətində qalıb. Pilotluq təcrübəsi olmayan sərnişin idarəetməni öz üzərinə götürüb və hava hərəkəti dispetçerlərindən təlimat alıb.

Bildirilib ki, nəzarətçilər qadına hansı sürəti və hündürlüyü saxlamaq lazım olduğunu, həmçinin onun uçuş istiqamətini də göstəriblər. Təyyarənin göyərtəsində başqa insanların olub-olmadığı məlum deyil. Adı açıqlanmayan qadının özü şərh verməkdən imtina edib.

Məryəm İlhamqızı