-
- 26-09-2024, 17:29
- 212
Təyyarə havada toqquşmamaq üçün manevr etdi - yaralılar var
ABŞ-da “United Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin havada başqa bir təyyarə ilə toqquşmasından yayınarkən manevr etməsi nəticəsində 2 sərnişin xəsarət alıb.
News24.az xəbər verir ki, şirkətdən The Washington Post-a elektron poçt vasitəsilə verilən açıqlamaya görə, United Airlines-a məxsus sərnişin təyyarəsi San Fransisko Beynəlxalq Hava Limanına doğru enərkən daha aşağı hündürlükdə olan təyyarəni vurmamaq üçün sürətini azaldıb.
Manevr zamanı təyyarədə yaralanan iki sərnişin xəstəxanaya aparılıb. Hadisədə iştirak edən digər təyyarə və sərnişinlərin xəsarət alması barədə məlumat verilməyib.
Təyyarə sağ-salamat San Fransiskoya eniş edərkən, hadisə ilə bağlı araşdırmalar davam edir.
Məryəm İlhamqızı