Uber-dən yeni qərar
    • 8-10-2024, 22:13
    • 305

Uber-dən yeni qərar

Dünyada geniş istifadə edilən avtomobil və nəqliyyat şirkəti Uber, yeni dövrdə elektriklə işləyən avtomobillərə diqqət yetirəcək.

Bu gün Londonda keçirilən Uber Go-Get konfransında şirkət mühüm dəyişiklikləri açıqlayıb. 

News24.az xəbər verir ki, şirkət elektriklə işləyən nəqliyyat vasitələrinin istifadəsinin artması ilə paralel olaraq, sürmə və çatdırılma xidmətlərində mühüm yeniləmələr etməyə hazırlaşır. Bu dəyişikliklər xüsusi olaraq elektromobillərə keçidi sürətləndirmək üçün edilir.

Uber-in elektrik və hibrid avtomobilləri əhatə edən xidməti olan Uber Green indi bəzi seçilmiş şəhərlərdə yalnız elektrik avtomobillərindən ibarət olacaq. Şirkətin açıqlamasına görə, Uber Green 40 şəhər və rayonda tam elektrikli avtomobil xidmətinə çevrilir.

Qeyd edək ki, əvvəllər həm elektrik, həm də hibrid avtomobillərdən istifadə oluna bilərdi və bu avtomobillərlə edilən hər səfər üçün sürücülərə əlavə haqq (adətən 1 dollar) ödənilirdi. Lakin indi bu xidmətə yalnız akkumulyatorla işləyən elektrik avtomobilləri daxil ediləcək.

Bu addım şirkətin daha çox sürücünün öz platformasında elektrikli avtomobillərdən istifadə etməyə başlaması üçün təkan verməsinin davamı kimi qiymətləndirilir. Uber bildirib ki, hazırda ABŞ, Kanada və Avropada 189 min sürücü elektrik avtomobillərindən istifadə edir.

Günel Məlikzadə