Uyğun qiymətli güclü telefon -
    • Dünən, 22:42
    • 289

Uyğun qiymətli güclü telefon - "Honor X60"

Bir müddətdir iddialarla gündəmdə olan Honor X60 seriyasının təqdimat tarixini bir müddət əvvəl Honor açıqlayıb. Bəs, texniki xüsusiyyətləri ilə orta seqmentə xitab edəcək və ən azı üç modelin yer alması gözlənilən serial nə vaxt nümayiş olunacaq? 

News24.az xəbər verir ki, oktyabrın 16-da Çində keçiriləcək tədbirdə maraqla gözlənilən Honor X60 seriyasının satışa çıxarılacağı açıqlanıb. 

Hazırda smartfonların qlobal bazarlara çıxıb-çıxmayacağı ilə bağlı heç bir açıqlama verilməsə də, paylaşılan tanıtım afişalarında sələfi Honor X50-nin satış uğuru vurğulanıb.

Məlum olduğu kimi, Honor X50 ötən ilin iyul ayında rəflərdə yerini alıb. Smartfon 15 aydan az müddətdə 15 milyon ədəddən çox satmağı bacarıb, yəni satış hər 2,7 saniyədən bir həyata keçirilir. Bu səbəbdən Çin istehsalçısı gələn həftə təqdim olunacaq Honor X60 seriyasından çox ümidlidir.

Hal-hazırda seriyanın digər üzvləri haqqında texniki təfərrüatlar olmasa da, son hesabatlar standart model haqqında hərtərəfli məlumatı ortaya qoyur.

Günel Məlikzadə