Əfsanəvi futbolçu vəfat etdi - FOTO
    • Bu gün, 17:23
    • 296

Əfsanəvi futbolçu vəfat etdi - FOTO

Hollandiya futbolunun və "Barselona"nın əfsanəvi adı Yohan Neeskens 73 yaşında dünyasını dəyişib.

News24.az bu barədə Manset.az-a istinadən xəbər verir.

70-ci illərin ən yaxşı yarımmüdafiəçilərindən sayılan hollandiyalı futbolçu “Ayaks” da parlayıb , 1974-cü ildə transfer olunduğu “Barselona”da 1979-cu ilə kimi çıxış edib.

"Barselona"ya əfsanə kimi gələn uğurlu futbolçu "Ayaks"la 3 avrokubok, 1 qitələrarası kubok, 1 Avropa Superkuboku və 2 Eredivisie çempionu olub.

Neeskens "Barselona"nın heyətində 234 oyun keçirib və 56 qol vurub. 

Futbolçu 1974 Dünya Kubokunun ən yaxşı 11-liyində idi.

O həmçinin 2009/10 mövsümündə "Qalatasaray"da Frank Raykardın köməkçisi vəzifəsində çalışıb.