Dani Olmo rəsmi olaraq "Barselona"da
    • Bu gün, 20:45
    • 64

Dani Olmo rəsmi olaraq "Barselona"da

"Barselona" "Leypziq"dən yarımmüdafiəçi Dani Olmonun transferini açıqlamaq tarixinə qərar verib.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, Kataloniya klubu müqaviləni bu gün imzalayacaq.

İspaniyalı futbolçu bu transfer pəncərəsi zamanı "Mançester Siti" və "Bavariya" də daxil olmaqla bir çox top-klubların marağında idi. Bununla belə, o, əvvəllər gənclər səviyyəsində oynadığı "Barselona"ya qayıtmaq qərarına gəlib.

Olmo bu yaxınlarda Avropa çempionatında yarımfinalda Fransa millisi ilə görüşdə fərqlənmişdi.

26 yaşlı futbolçu Bundesliqanın son mövsümündə 21 matçda 4 qol vurub, 5 məhsuldar ötürmə edib.