Putin Paşinyanla razılaşdı: Erməni sərhədçiləri gəlir!
    • Bu gün, 18:48
    • 479

Putin Paşinyanla razılaşdı: Erməni sərhədçiləri gəlir!

2025-ci il yanvarın 1-dən Rusiya sərhədçiləri Ermənistan-İran sərhədində yerləşən keçid məntəqəsində xidmətini dayandıracaq, onları Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri əvəz edəcək.

Axar.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkələrdə yazıb.

O bildirib ki, müvafiq razılaşma bu gün Moskvada Nikol Paşinyanla Vladimir Putin arasında keçirilən görüşdə əldə olunub.

Həmçinin Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhədçiləri Ermənistanın Türkiyə ilə sərhədinin qorunmasını rusiyalı həmkarları ilə birgə təmin edəcəklər.