Millimizdən 16:0 hesablı qələbə
    • Bu gün, 07:14
    • 233

Millimizdən 16:0 hesablı qələbə


Azərbaycanın minifutbol üzrə U-23 milli komandası dünya çempionatında ikinci oyununu keçirib.

“Qafqazinfo” xəbər verir ki, Rəcəb Fərəczadənin rəhbərlik etdiyi kollektiv Xorvatiyanın Malıy Loşin şəhərində Hindistan yığmasını ilə qarşılaşıb. Matç Azərbaycan yığmasının 16:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, minifutbol üzrə U-23 milli komandamız ilk oyunda Serbiyanın U-23 yığmasına 1:5 hesabı ilə uduzub. Hindistan millisi isə Çexiyaya 1:26 hesabı ilə məğlub olub. Azərbaycan millisi sabah Çexiya ilə üz-üzə gələcək