Füzulidə avtomobil aşıb, ölən var
    • Bu gün, 09:33
    • 271

Füzulidə avtomobil aşıb, ölən var

Füzulidə ölümlə nəticələnən yol qəzası olub.

News24.az "Report"a istinadən xəbər verir ki, hadisə Horadiz şəhərində qeydə alınıb.

Almazxan Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomobili boş sahəyə aşırıb.

Nəticədə özü və sərnişini Tural Cəfərov xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq Almazxan Məmmədov ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.